8 Mart-Beynəlxalq Qadınlar Gününün keçirilməsi ilə bağlı 2 Mart 2022-ci il tarixində ATİAHİ Abşeron Rayon Komitəsində iclas keçirlmişdir. İclasda Abşeron rayonunda çalışan təhsil işçilərinin qarşıdan gələn 8 Mart-Beynəlxalq Qadınlar Gününün qeyd olunması ilə bağlı müzakirələr aparılmışdır.
ATİAHİ Abşeron Rayon Komitəsinin sədr Vahid Əliyev çıxış edərək hər il olduğu kimi bu il də Abşeron Rayonunda çalışan və ittifaq üzvlərinin böyük əksəriyyəətini təşkil edən xanım təhsil işçilərinə maddi yardımlar edilməsini təklif etmişdir. Belə ki, iki yüz altmış beş nəfər təhsil işçisinə maddi yardımın ayrılması, eyni zamanda iki yüz qırx səkkiz nəfər müəllimə hədiyyələrin verilməsi ilə bağlı qərar qəbul edilmişdir. İttifaq üzvlərinə hədiyyələrin alınıb paylanması məqsədilə beş nəfərdən ibarət işçi qrupu yaradılmışdır. Qrup üzvləri qarşıya qoyulan məqsəd və vəzifələrinin icra olunması üçün lazımi tədbirlər görərək maddi yardım və hədiyyələr verilməsini təmin etmişdir.